SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
Bu ölkələr yeni qlobal VALYUTA YARADIR - Dollara ALTERNATİV olacaq
İQTİSADİYYAT 13:19 / 16.08.2018

ABŞ dollarının dünyada təzyiq vasitəsi kimi işlədilməsi yeni qlobal valyutanın yaranmasına səbəb olacaq.

Xəbər veririk ki, bu sözləri Rusiya parlamentinin alt qanadı Dümanın Maliyyə Bazarları Komitəsinin sədri Anatoli Aksakov deyib.

Anadolu Agentliyinə açıqlama verən parlamentari ABŞ dollarının istifadəsi ilə bağlı təzyiqin beynəlxalq ödəmələrdə dollardan imtina edilməsi ilə nəticələnəciyini bildirib.

"Dollar dünya valyutası statusunu 1944-cü ildə əldə etdi. O dövrdə dollar sabit qalırdı, lakin bununla yanaşı, bir çox ölkənin valyutası dəyərini itirdi. Bu da dollarla daha çox alış-verişin edilməsinə gətirib çıxardı. Beləliklə, dollar beynəlxalq əməliyyatlarda əsas qüvvə oldu”-, Aksakov deyib.

Onun sözlərinə görə, BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ölkələri öz aralarında ödənişlər üçün yeni valyuta ərsəyə gətirmək ehtimalını düşünür. Bu ölkələr dünya əhalisinin yarısını və dünya sənayesinin 30%-ni özündə cəmləşdirir.

Parlamentari ehtimalla bağlı bunları deyib: "Alternativ bir qlobal valyuta yaratmaq üçün 5 il lazım ola bilər. Bu Vaşinqtonla əlaqəlidir. ABŞ dollardan istifadə üçün daha çox təzyiq göstərərsə, digər ölkələr də dolların istifadəsinə o qədər qarşı çıxar. Bir çox ölkə indidən dolları rədd edir. Çin neft alış-verişində yuandan istifadə etməyə başlayıb. Əgər proses uğurla davam etsə, ABŞ-ın dünya üzərindəki hökmranlığı başa çatacaq”.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.