SON XƏBƏRLƏR
23 Sentyabr 2018
22 Sentyabr 2018
21 Sentyabr 2018
20 Sentyabr 2018
Bakıda “ayıq sürücü” itkin düşüb - FOTO
HADİSƏ 19:18 / 16.08.2018

Bakıda "ayıq sürücü" işləyən 26 yaşlı gənc itkin düşüb.

"Report"un Qərb bürosu xəbər verir ki, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Fərəc Fədai oğlu Sərvanuş bir müddət əvvəl işləmək üçün Bakı şəhərinə gəlib.

F.Sərvanuşun anası Məhbubə Tahirova "Report"un yerli bürosuna bildirib ki, oğlu ilə sonuncu dəfə 15 gün əvvəl danışıb: "Fərəc Bakı şəhərində, 28 may ərazisində "ayıq sürücü" kimi çalışıb. Sonuncu dəfə ötən ayın sonunda danışmışam. Daha sonra günlərlə zəng etdim telefonuna zəng çatmadı. Heç bir əlaqə yoxdur. Daxili İşlər Nazirliyinin 102 xidmətinə də məlumat vermişəm. Atası ilə boşanmışam və o, Qəbələ rayonunda yaşayır, ondan da maraqlanmışıq onun da yanında deyil. Xahiş edirəm onu görənlər mənə, polisə xəbər versin".

Fərəc Sərvanuşu görənlərdən və yerini bilənlərdən (055) 893-12-40 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.


86 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.