SON XƏBƏRLƏR
21 Sentyabr 2018
20 Sentyabr 2018
19 Sentyabr 2018
Baytarlıq Xidmətindən icra başçılarına MÜRACİƏT
CƏMİYYƏT 13:20 / 17.08.2018

Dövlət Baytarlıq Xidməti diri heyvanların satışı aparılan rayonların icra hakimiyyəti başçılarına müraciət ünvanlayıb.

Xidmətdən verilən məlumata görə, müraciətdə ölkə ərazisində mövcud olan epizootik vəziyyətin sabitliyinin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində rayonda fəaliyyət göstərən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin həyata keçirilməsinə zərurət yarandığı bildirilir.

Müraciətdə rayon baytarlıq idarələrinin mütəxəssisləri tərəfindən qeyd olunan tədbirlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun rayon ərazisində operativ şəkildə həyata keçirilməsinə əməli köməklik göstərilməsindən və qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə edilir.


83 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.