SON XƏBƏRLƏR
23 Sentyabr 2018
22 Sentyabr 2018
21 Sentyabr 2018
20 Sentyabr 2018
Dünyanın ən qədim pendiri tapıldı
ARAŞDIRMA 16:51 / 17.08.2018

Misirin paytaxtı Qahirə şəhərinin cənubundakı Qiza vilayətində dünyanın ən qədim pendiri tapılıb.

Xəbər veririk ki, pendir yaşı eradan əvvəl 13-ü əsrə qədər uzanan Memfis Ptahmes məzarlığında parçaya sarılmış formada aşkar edilib.

Mərkəzi Vaşinqtonda yerləşən Kimya Cəmiyyətindən verilən açıqlamada tapılan pendirin bilinən ən köhnə qatı pendir olduğu deyilib. Araşdırmalardan sonra pendirin inək, qoyun və keçi südünün qarışığından düzəldiliyi öyrənilib.

İkinci Ramzesin dövründə Misirin paytaxtı olan Memfisə başçılıq edən Ptahmesin məzarı ilk dəfə 1885-ci ildə bölgə sakinləri tərəfindən aşkar edilib. Lakin məzar yoxa çıxıb və daha sonra 2010-cu ildə tapılıb.


75 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.