SON XƏBƏRLƏR
16 Fevral 2019
15 Fevral 2019
14 Fevral 2019
"Google"dan istifadə edənlər üçün BƏD XƏBƏR
DÜNYA 20:28 / 17.08.2018

"Google" şirkəti əvvəl bu funksiyasının istifadəçilərin yerini izləmədiyini bildirirdi

"Google" şirkəti istifadəçilərin "yerləşmə tarixçəsi"nin tənzimləmələrinin söndürülmüş rejimdə belə işlədiyini bildirib. Bu barədə "RİA Novosti" xəbər verir.

Daha əvvəl "AP" agentliyi bəyan edib ki, "Google" şirkətinə məxsus bəzi proqramlar istifadəçinin xidmət servislərini söndürməsinə baxmayaraq istifadəçinin yerini saxlayır.

Qeyd edək ki, ötən gün "Google" şirkəti yaydığı məlumatda bildirib ki, bu funksiyanın tənzimləmələri qurğunun digər servislərinin iş funksiyasına təsir etmir. İstifadəçinin yeri barədə məlumatlar "search" və ya "Maps" xidmətləri daxil olmaqla digər servislər də saxlanılır.

Daha əvvəl isə "Google" şirkəti bu funksiyasının istifadəçilərin yerini izləmədiyini bildirirdi.


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.