SON XƏBƏRLƏR
21 Sentyabr 2018
20 Sentyabr 2018
19 Sentyabr 2018
Bakıda dəhşətli qətl: Gənc ürəyindən bıçaqlandı - VİDEO
HADİSƏ 09:42 / 18.08.2018

Gecə Bakıda qətl hadisəsi baş verib. Kafedə yeyib içən həmyerlilər əvvəlcə mübahisə ediblər. Daha sonra isə onlardan biri digərini bıçaqlayaraq qətlə yetirib.

Kafedə həmyerlilərin mübahisəsi ağır cinayətlə başa çatıb. Biri digərini bıçaqlayaraq qətlə yetirib.

Ağır cinayət gecə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib. Polisə məlumat daxil olub ki, sözügedən qəsəbədə ''Zeytun'' kafesində dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə yerinə dərhal ərazi üzrə 2-ci polis şöbəsinin əməliyyatçıları gəlib.

Məlum olub ki, bıçaqlanaraq öldürülən 35 yaşlı qəsəbə sakini Orucəli Xanızadədir. Meyit müayinə olunmaq üçün rayon məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb. Ekspertlər onun bədənindən bir neçə bıçaq xəsarəti aşkar ediblər.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əvvəllər məhkum edilmiş Orucəli Xanızadəni öldürməkdə şübhəli bilinən həmyerlisi Etibar Qəhrəmanovu saxlayıb. Saxlanılan şəxs istintaqa ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. Etibar bildirib ki, Orucəli Xanızadəni kafedə onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə vurub.

Faktla əlaqədar Xəzər Rayon Prokurorluğunda cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Hadisənin baş vermə səbəbi aparılacaq araşdırmadan sonra məlum olacaq.



88 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.