SON XƏBƏRLƏR
21 Sentyabr 2018
20 Sentyabr 2018
19 Sentyabr 2018
Qəbiristanlıqda narkotik yetişdirən şəxs tutulub
ARAŞDIRMA 12:17 / 18.08.2018
Quba rayonunda qəbiristanlıqda çətənə yetişdirən şəxs saxlanılıb.

 DİN-ə istinadən verdiyi xəbərə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Rövşən Axundov saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı sağ cibindən siqaret kağızına bükülmüş qurudulmuş marixuana, həmçinin R.Axundov tərəfindən rayon ərazisində yerləşən qəbiristanlığın ərazisində xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş hündürlüyü 90-168 sm olan 6 ədəd çətənə bitkiləri aşkar olunaraq götürülüb. Rövşən Axundov çətənə kollarını özü əkdiyini etiraf edib. Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.
109 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.