SON XƏBƏRLƏR
14 Dekabr 2018
15 Dekabr 2018
13 Dekabr 2018
Bakıda pakistanlı qadının evindən 5000 dollar, 3400 manat və 10 000 manatlıq qızıl oğurlandı - FOTO
ARAŞDIRMA 17:27 / 21.08.2018

Bakı şəhər sakini qonşusu olan Pakistan vətəndaşının evindən oğurluq edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Sabunçu rayonunda yaşayan Pakistan vətəndaşı olan bir qadın evindən naməlum şəraitdə 3400 manat, 5000 ABŞ dolları, 90000 Pakistan rupisi və 10000 manat dəyərində qızıl əşyalar oğurlandığı barədə 12-ci Polis Şöbəsinə məlumat verib. Şöbəyə məlumat daxil olan kimi zərərçəkənin izahatı alınıb və dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Q.Məhərrəmov zərərçəkənin qonşuluğunda yerləşən məhəllədə yaşayır. Bu səbəbdən o, ev sahibinin mənzilə gəlib-getmə vaxtını əvvəlcədən bilib. Hadisə günü saxlanılan şəxs zərərçəkənin evdə olmadığına əmin olandan sonra oğurluq məqsədi ilə mənzilə daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa şəxslər varsa, Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat verə bilərlər.


140 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.