SON XƏBƏRLƏR
14 Noyabr 2018
13 Noyabr 2018
12 Noyabr 2018
Yeni doğulmuş uşaq öldü - Valideyn səhlənkarlığı səbəbindən
HADİSƏ 11:14 / 31.08.2018

İmişli rayonunda yeni doğulan körpə ölüb.

Avqustun 28-də gecə saat 01 radələrində İmişli rayonunun Bəcirəvan kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərova Ziba Fərhad qızı İmişli Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib və orada oğlan uşağı dünyaya gətirib. Həkimlər razılıq verməsə də, yeni doğulan körpə valideynlərin təkidi ilə xəstəxanadan çıxarılaraq evə aparılıb.

Avqustun 30-da uşağın səhhətində problem yaranıb. Körpə yenidən xəstəxanaya gətirilsə də, həkimlər uşağın həyatını xilas edə bilməyib. 2 günlük körpə xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır. (trend)


100 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.