SON XƏBƏRLƏR
22 Sentyabr 2019
21 Sentyabr 2019
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
Daha bir şirkət Trampı MƏYUS ETDİ - Türkiyədə NƏHƏNG LAYİHƏ
SİYASƏT 12:45 / 31.08.2018

ABŞ prezidenti Donald Trampı ciddiyə almayan "Quql”, "Feysbuk”, "Tvitter” kimi sosial şəbəkə nəhənglərinin sırasına "Linkedin” də daxil olub.

Xəbər veririk ki, prezidentin Türkiyəyə qarşı sərt maliyyə sanksiyalarına əhəmiyyət verməyən şirkət Türkiyədə ofis açmaq üçün danışıqlara başlayıb.

500 milyon aktiv istifadəçisi olan amerikalı şirkət iki həftə öncə Türkiyədəki idarəçi namizədlərlə video-konfrans keçirib. "Linkedin” İstanbulda açacağı ilk ofisdə ilkin mərhələdə 50-yə yaxın vakant yer açmağı düşünür. Şirkətin görüşdüyü nümayəndələrə Türkiyə bazarındakı potensialı qaçırmamaq üçün ofis açmasını etiraf etməsi də diqqət çəkib.

Əldə edilən məlumata görə, şirkətin gələcək Türkiyə planları arasında bölgədəki 30-a yaxın ölkədə yerləşən mərkəzlərini İstanbuldan idarə etmək də var. 200 fərqli ölkədən 500 milyon üzvə sahib şirkətin mərkəzi Dublin şəhərində yerləşir. Dünya miqyasında isə 10 ölkədə şöbələri fəaliyyət göstərir. 2016-cı ildə 26,2 milyard dollara "Maykrasoft” tərəfindən alınan "Linkedin” ötən il Türkiyə bazarında 26 dəfə böyüyərək 6 milyon istifadəçiyə çatıb.

Qeyd edək ki, Donald Tramp ötən həftə adıçəkilən internet resurslarını onun haqqında neqativ təəssürat yaratmaqda ittiham edib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.