SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü Tehranda keçiriləcək
SİYASƏT 14:30 / 01.08.2018

Rusiya, Türkiyə və İran prezidentləri sentyabrın 7-də Tehranda görüşəcəklər. Kreml bu xəbəri artıq təsdiqləyib.  Tass-a istinadla verdiyimiz məlumata görə, bu barədə RF prezidentinin Mətbuat Xidmətinin rəhbəri Dmitriy Peskov bəyan edib.

 Bildirilir ki, sammit zamanı Türkiyə və Rusiya liderlərinin də ikitərəfli görüşü planlaşdırılıb.

Vladimir Putinin və Ərdoğanın görüşü zamanı müzakirə olunacaq mövzu barədə Peskov «ənənəvi» deyə cavab verib.

Suriya böhranının həlli üçün təşkil olunan Tehrandakı üçtərəfli sammit sayca üçüncü olacaq. Prezidentlər bundan əvvəl Soçi və Ankarada görüşmüşdülər.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.