SON XƏBƏRLƏR
18 Aprel 2019
17 Aprel 2019
Ata yeni doğulmuş uşağını anasının əlindən aldı - Ağsuda film kimi hadisə
HADİSƏ 13:13 / 01.09.2018
Ağsu rayonunda kişi yeni doğulmuş körpəni arvadından alaraq onu evdən qovub.

Hadisə rayonun Cəlayir kəndində qeydə alınıb. Kənd sakini 28 yaşlı Eldar Əbilov ailə münaqişəsi zəminində həyat yoldaşı 22 yaşlı Zümrüdü döyərək yeni doğulmuş uşağı zorla onun əlindən alıb, özünü də evdən qovub.

Z.Əbilova polislə müraciət edərək körpəsinin ona qaytarılmasını tələb edib.

Ağsu rayon Polis Şöbəsinin əməkdaşları uşağı almaq üçün Eldar Əbilovun yaşadığı evə gedən zaman o, qardaşı Səfər Əbilovla birlikdə polislərə müqavimət göstərib. (report)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.