SON XƏBƏRLƏR
23 Sentyabr 2018
22 Sentyabr 2018
21 Sentyabr 2018
20 Sentyabr 2018
Tehran sammitində prezidentlər nədən danışdı?
SİYASƏT 13:46 / 08.09.2018

İranın paytaxtı Tehran şəhərində İran, Türkiyə və Rusiya prezidntlərinin iştirakı ilə zirvə toplantısı start götürüb. FaktXəbər bildirir ki, toplantıda ev sahibi olaraq İran prezidenti Həsən Ruhani çıxış edib. 

O, ilk olaraq sammitin ölkələr üçün uğurlu olacağına ümid bəslədiyini və Suriyanın gələcəyi mövzusunda qanuni hökumətlə əməkdaşlıq edilməsini önə çəkib.

"Bugünkü sammit Suriya xalqının istəyinə əsaslanan, terrorizmlə mübarizədə birgə fəaliyyətlərimizin araşdırılması üçün fürsətdir. Suriyanın bütövlüyünü qorumaq və ölkələrin öz gələcəklərini təyin etmə hüququna hörmət bəsləmək əsas tələb olmalıdır. Əvvəldən Suriya böhranının nəticələnməsi üçün hərbi üsulun təsirsiz olduğunu bildirmişdik. Suriya və regiondakı digər böhranları sona çatdırmaq üçün dialoqu asanlaşdırmaq lazımdır.

Suriyadakı müharibə və qan tökülməsinin sona çatacağına, terror fəaliyyətlərinin dayandırılmasına və xalq arasında konstruktiv dialoq yaranmasına inanırıq. Suriya xalqının iradəsini dost millət olaraq dəstəkləyəcəyik. Suriyanın açıq istəyi və razılığı alınaraq yardımlarımızı davam etdirəcəyik. Regiondakı bəzi ölkələrin terror narahatlığını anlayırıq, ancaq bu narahatlıqların aradan qaldırılması üçün ən doğru yol Suriyadakı qanuni hökumətlə əməkdaşlığı təklif edirik",-deyə Ruhani əlavə edib.

İran prezidentindinin çıxışından sonra Rusiya dövlət başçısı Vladimir Putin Suriya mövzusunda mövqeyini ortaya qoyub: "Bu sammit gələcəkdə Suriyada atılacaq addımları danışmaq üçün bizə imkan verir. Bundan əvvəlki sammitlərdə verilən qərarlar uğurla həyata keçirildi. Terorçuların qalan hissəsi İdlibdəki atəşkəs zonasında yerləşir. Müxtəlif təxribatlar hazırlayırlar. Bunların içərisində kimyəvi silah ssenariləri da var".

Suriyalılar müstəqil  olaraq ölkələrinin taleyini təyin etmək imkanı əldə etdilər. Soçidə keçirilən Milli Suriya Konqresinin toplantısında əldə olunan qərarları həyata keçirməyi təklif edirəm. Suriyaya humanitar yardım göstərmək lazımdır. Hökumətin nəzarətindəki ərazilərdə həyat yaxşılaşır, məşğulluq artır. Beynəlxalq təşkilatlar geri qayıdışı dəstəkləməlidir".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında İdlibdəki əməliyyatların dayandırılmasını istəyib: "Zirvədən əldə olunacaq nəticələr dünya tərəfindən səbirsizliklə gözlənilir. Verəcəyimiz qərarlarla bu gözləntiləri hədər etməyəcəyimizə inanıram. İdlib, sadəcə Suriyanın siyasi gələcəyi üçün deyil, bizim milli təhlükəsizliyimiz ilə bölgənin sülh və sabitliyi baxımından həyati əhəmiyyətə malikdir. Hər hansı səbəbdən İdlibdə keçiriləcək hücum fəlakət, qətliam və böyük insanı dramı ilə nəticələnəcək. İdlib kimi hər şeyin iç-içə olduğu bir yerdə terrorçulara qarşı təsirli mübarizədə zaman və səbr tələb edən fərqli üsullara ehtiyac var. İdlibin qan gölünə dönməsini heç vaxt istəmirik. İdlibdə ağlabatan bir çıxış yolu tapmalıyıq. Məsələn, Astana ruhuna uyğun şəkildə həll etməyi hədəf seçməliyik. Türkiyənin bu məsələdə həssaslığının düzgün başa düşülməsini sizlərdən xüsusilə xahiş edirəm. 

Türkiyə Suriyanın siyasi, coğrafi və sosial bütövlüyü həqiqi mənada təmin olunana qədər bölgədəki varlığını qorumaqda qərarlıdır. Təhdidin mənbəyinə və ölçüsünə görə lazım olan addımları atmağı davam etdirəcəyik".


199 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.