SON XƏBƏRLƏR
19 Noyabr 2018
18 Noyabr 2018
17 Noyabr 2018
Feysbuk bu hesabları silir - DİQQƏTLİ OLUN
CƏMİYYƏT 19:14 / 12.09.2018

Dünyanın ən populyar şəbəkəsi olan Feysbuk son 6 ay ərzində 1,27 milyard istifadəçisini saxta hesab açdığı üçün bazadan silib.

Bu barədə məlumatı şirkətin əməliyyat direktoru Şeril Sandberq mətbuat konfransı zamanı deyib.

O bildirib ki, hesablarının moderasiyası son texnologiyalar əsasında aparıldığı üçün bütün saxta hesablar aşkarlanır: "Komandamız hesabların moderasiyasını fərdi axtarış, süni intellekt, kompüter təlimi və görmə vasitəsilə işləyən xüsusi alqoritmlərdən istifadə edərək gerçəkləşdirir. Bu məqsədlə sosial şəbəkədə qaydalara nəzarət edən heyətin sayı 2 dəfə artırılaraq 20 min nəfərə çatdırılıb. Onlar 24 saat ərzində dünyanın 50 müxtəlif dilində aparılan yazışmalara, mesajlara nəzarət edirlər".

Feysbuk saxta xəbərlərin yayılması və ictimai rəyin təhrifi üçün istifadə edilən saxta hesablarla mübarizədə öz səylərini artırıb. Bundan başqa, xidmət spamla aktiv mübarizə aparır. Məsələn, 2018-ci ilin yanvar-mart aylarında sosial şəbəkədən təxminən 836 milyon reklam nəşri silinib./publika.az


64 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.