SON XƏBƏRLƏR
19 Noyabr 2018
18 Noyabr 2018
17 Noyabr 2018
DİQQƏT: Bakının bu küçələrində tıxac var
CƏMİYYƏT 10:13 / 13.09.2018

Bakının bir sıra küçə və prospektlərində tıxac və sıxlıq müşahidə edilir.

Xəbər veririk ki, bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən üzü mərkəzə doğru olan hərəkət zolaqlarında güclü tıxac yaranıb. Yolun bəzi hissələrində bir neçə avtomobildə baş verən nasazlıq tıxacı daha da keçilməz edib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Bakı-Sumqayıt yolundan başqa, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Koroğlu Rəhimov, 28 May küçələrində, Heydər Əliyev, Ziya Bünyadov ("20 Yanvar” metrostansiyası istiqaməti) və Tbilisi prospektlərində də (mərkəz istiqamət) sıxlıq müşahidə edilir.


72 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.