SON XƏBƏRLƏR
23 Sentyabr 2018
22 Sentyabr 2018
21 Sentyabr 2018
20 Sentyabr 2018
Rza Zərrabın yanındakı qadın Ebru Gündeşin rəfiqəsi çıxdı - FOTO
CƏMİYYƏT 10:47 / 13.09.2018

Rza Zərrabın restoranda suşi yeyərkən görüntüləndiyi qadın Ebru Gündəşin rəfiqəsi çıxdı.

Xəbər verdiyimiz kimi, ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilərək Mayamidə həbs edilən, sonradan şahid kimi işə cəlb edilən Rza Zərrab ötən gün Nyu-Yorkda bir qadınla görüntülənib. Məlum olub ki, həmin xanım Rza Zərrabın həyat yoldaşı Ebru Gündəşin yaxın rəfiqəsidir.

Türkiyə mətbuatına istinadən xəbər veririk ki, bir vaxtlar Ebru Gündeşin pərəstişkarı olan Ayşegül Uğur sonradan müğənni ilə yaxın dostluq edib.

Ebru Gündeş məsələ ilə bağlı heç bir açıqlama verməyib, lakin məşhur müğənninin Ayşegül Uğurla uzun zamandır küsülü olduğu və görüşmədikləri öyrənilib.

Xatırladaq ki, Rza Zərrab türkiyəli müğənni Ebru Gündeşlə evlidir. Cütlüyün boşanacağı xəbərləri yayılsa da, onlar rəsmi şəkildə ayrılmayıblar.


45 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.