SON XƏBƏRLƏR
18 Aprel 2019
17 Aprel 2019
Çində kütlənin üzərinə maşın sürülüb: Ölən və yaralananlar var
CƏMİYYƏT 12:46 / 13.09.2018



Çinin Xunan əyalətinin Xenyan şəhərində yolsuzluq maşınının kütlənin içinə girməsi nəticəsində 9 nəfər həlak olub, 43 nəfər yaralanıb. Məlumata görə, bu barədə Paper xəbər verib.

Hazırda sürücü saxlanılıb, onun motivləri bəlli deyil.

Məlumata görə, insanlar şəhər meydanına hər axşam əylənmək və gəzmək üçün toplanırlar.

Kütlənin üzərinə qırmızı maşınını sürən Xenyan şəhər sakini 54 yaşlı Yan Tszanyunun dəfələrlə həbsdə olduğu bildirilir.

Yerli KİV-in məlumatına görə, o, xərçəng xəstəsi imiş və buna görə cəmiyyətə nifrət edirmiş. Lakin bu məlumatların heç biri rəsmi şəkildə təsdiqini tapmayıb.

Polis hadisə ilə bağlı şərh verməyib. 


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.