SON XƏBƏRLƏR
19 Noyabr 2018
18 Noyabr 2018
17 Noyabr 2018
Məscidlərə qadın mollalar da təyin ediləcək
CƏMİYYƏT 14:10 / 14.09.2018

Məscidlərə qadın mollalar da təyin ediləcək. Bunu Qafqaz Müsəlmanları Idarəsinin nümayəndəsi Rəhimə Dadaşova "Dini mərasimlər:ənənəvilik və müasirlik" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, QMİ-nin təlimatlarına uyğun olaraq, təyinat alan qadın mollalar dini gözəl bilməlidirlər.

R.Dadaşova bildirib ki, məscidlərdə QMİ-nin təyinatı ilə işləyən din xadimlərinin daim attestasiyası keçirilir. Onların təhsillli olması,t əkmilləşməsi də diqqətdə olan məsələlərdəndir.

O əlavə edib ki, QMİ fətva verməklə insanlara Aşura məclisinin necə keçirilməsini tövsiyə şəklində bildirilir: "Bu il Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanların sayı daha da artıb. Bu günədək qanvermə aksiyalarına ancaq müsbət reaksiya verilib".

R.Dadaşova onu da bildirib ki, erkən nikahların olmasına görə yalnız din xadimlərini günahlandırmaq olmaz: "Çox zaman erkən nikahı məhz mollalara bağlayırlar. Bu məsələyə kompleks yanaşmaq lazımdır. Ailə, məktəb də erkən nikah məsələsində rol oynamalıdır. Ailə və məktəb öz məsuliyyətini mollanın üzərinə ata bilməz".

Onun sözlərinə görə, hələ 2001-ci ildə idarə fətva vermişdi ki, heç bir din xadimi rəsmi nikah kağızı olmadan kə bin kəsə bilməz. Dini kəbin kəsilırkən rəsmi nikahın qeydiyyat nömrəsi qeyd edilməlidir.


79 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.