SON XƏBƏRLƏR
23 Sentyabr 2018
22 Sentyabr 2018
21 Sentyabr 2018
20 Sentyabr 2018
Bakı metrosunda qatar tuneldə qalıb
CƏMİYYƏT 15:10 / 14.09.2018

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "Xətai” və "Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət edən qatar tuneldə qalıb. 

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib. 

Onun sözlərinə görə, ləngmə təxminən 20 dəqiqə davam edib: "Ayda 2 dəfə metronun diaqnostika kompleksi dəmir yolu xətlərini yoxlayır. Bu dəfə kompleksi saat 10:53-də xəttə buraxılıb. Yoxlama zamanı həmin xətt üzrə hərəkət edən qatar dalana verilib. Bu proses təxminən 10-12 dəqiqə çəkir. Amma dalana verilən qatarda nasazlıq aşkar edildiyindən xəttə ehtiyat qatar buraxılıb. Bu stansiyalar arasındakı interval 8 dəqiqədir. Hadisə nəticəsində intervalla birgə fasilə 20 dəqiqəyə çatıb”.


44 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.