SON XƏBƏRLƏR
19 Noyabr 2018
18 Noyabr 2018
17 Noyabr 2018
Ərdoğan və Putin Soçidə görüşəcəklər
CƏMİYYƏT 17:18 / 14.09.2018
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 17-də Rusiya lideri Vladimir Putinlə Suriyada yaranan vəziyyəti müzakirə etmək niyyətindədir.

 Anadolu informasiya agentliyinə istinadən xəbər veririk ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanda keçirilən mətbuat konfransında deyib.

"Son günlər müxtəlif ölkələrlə danışıqlar aparırıq. Biz terrorla mübarizə aparmağa hazırıq, həmçinin Suriya böhranının siyasi yolla həll olunmasını istəyirik və bu məsələlərdə əməkdaşlığa razıyıq. Lakin terrorla mübarizə bəhanəsi ilə qadın, uşaq və mülki şəxslərə zərbələr vurulmasının əleyhinəyik. Yaxın günlərdə prezident Ərdoğan Suriyada yaranan vəziyyəti Vladimir Putinlə müzakirə edəcək”, - deyə Çavuşoğlu bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçılarının sentyabrın 17-də Soçidə görüşünə hazırlıq görüldüyünü təsdiqləyib

Qeyd edək ki, 2017-ci ildə Suriyanın İdlib əyalətində silahlarını könüllü şəkildə yerə qoymaq istəməyən üsyançıların və onların ailə üzvlərinin keçə biləcəyi şimal təhlükəsizlik zonası yaradılıb. BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın məlumatına əsasən, bu regionda üsyançı "Cəbhət ən-Nusra” hərəkatının 10 min döyüşçüsü fəaliyyət göstərir.

84 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.