SON XƏBƏRLƏR
19 Oktyabr 2018
18 Oktyabr 2018
17 Oktyabr 2018
16 Oktyabr 2018
Azərbaycanda şagird sıxlığı müşahidə olunur - RƏSMİ
CƏMİYYƏT 21:02 / 16.09.2018

"Azərbaycanda şagird sıxlığı müşahidə olunan kifayət qədər məktəb var".

Bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. 

O bildirib ki, şagird sıxlığı məktəblərdə dərslərin növbəli şəkildə keçirilməsi ilə nəticələnir: "Növbəlilik isə təhsilin keyfiyyətinə çox ciddi təsir edir. Biz arzu edirik ki, məktəbə hazırlıq təlimləri gələcəkdə birnövbəli məktəblərdə təşkil edilsin. Şagird sıxlığı əsasən bir-birinə yaxın olan məktəblərdə birinin digərinə nisbətdə qəbul göstəricisinin daha yüksək olması səbəbindən baş verir. Şagirdlər isə həmin təhsil ocaqlarına valideynlərin istəklərinə uyğun qəbul edilirlər. Ancaq bundan sonra "Təhsil haqqında" qanuna əsasən, şagirdlər məktəbə ərazi prinsipinə görə qəbul olunacaqlar".

M.Vəliyeva birincilərin dərs yükünün azaldılması üçün görülən işlərə də toxunub. O vurğulayıb ki, iki gün bundan öncə Təhsil Nazirliyində geniş kollegiya iclası keçirilib: "Toplantıda ümumtəhsil məktəbləri ilə bağlı yeni sənədlər müzakirə olunub. Eləcə də şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə yeni yanaşmalara dair kollegiyanın qərarı yaxın günlərdə ictimaiyyətə aç


104 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.