SON XƏBƏRLƏR
14 Dekabr 2018
15 Dekabr 2018
13 Dekabr 2018
Azərbaycanda Çinə uçuşların sayı artdı
CƏMİYYƏT 15:22 / 17.09.2018

Azərbaycanın yük aviadaşıyıcısı "Silk Way West Airlines” Çinə uçuşların sayını artırır.

Xəbər veririk ki, Bakı-Çjençjou reyslərinin sayı həftədə dörd dəfədən altı dəfəyə kimi artırılacaq.

Müvafiq razılıq sentyabrın əvvəlində Çjençjouda keçirilən "ICAO Cargo Conference” konfransında əldə edilib. Keçirilən tədbirdə aviaşirkət Çin bazarında öz strateji inkişaf planını elan edib."Biz böyük məmnuniyyətlə Bakı və Çjençjou arasında aviareyslərin tezliyinin həftədə 4 dəfədən 6 dəfəyədək artırıldığını böyük məmnuniyyətlə bildiririk. Beləliklə, biz Xenan əyalətinin höküməti və Çjençjou hava limanı ilə strateji əməkdaşlığımızın yeni mərhələsinə qədəm qoyuruq. Biz bu əməkdaşlığın daha da möhkəmlənməsinə şadıq və göstəricilərin daha da artmasını planlaşdırırıq", "Silk Way West Airlines”in prezidenti və icraçı direktoru Volfqanq Meyer bildirib.

Xenan hökümətinin yüksək vəzifəli nümayəndələri ilə görüşdə gələcəkdə iki yük habı arasında reyslərin tezliyini xeyli artırmağa imkan verəcək strateji əməkdaşlığın daha da möhkəmləndirilməsinə dair razılaşma əldə olunub.

"Qısa müddət ərzində biz Çjençjouda aparıcı yük aviadaşıyıcılarından biri olmağa nail ola bildik. Biz aviadaşımaların həcminin və reyslərin sayının bundan sonra da artırılmasına çalışırıq. Böyük İpək Yoluna xidmət üçün əsas imkanlarımız nəzərə alınmaqla Çjençjou bizə inkişaf üçün ideal platforma təqdim edir”, Volfqanq Meyer bildirib.


129 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.