SON XƏBƏRLƏR
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
21 Iyun 2019
AZAL Cenevrəyə reysləri bərpa edir
CƏMİYYƏT 16:47 / 17.09.2018

Bu ilin oktyabrın 30-dan etibarən "Azərbaycan Hava Yolları" (AZAL) Bakı-Cenevrə-Bakı marşrutu üzrə uçuşlara başlayır.

AZAL-dan verilən məlumata görə, reyslər baqajın və əl yükünün pulsuz daşınması və bort qidalanmanın da daxil olduğu klassik daşıma sxemi üzrə birgə çarter proqramı çərçivəsində yerinə yetiriləcək.

AZAL-ın J2-5009/J2-5010 reysləri həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik "Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1-dən həyata keçiriləcək.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.