SON XƏBƏRLƏR
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
21 Iyun 2019
Azərbaycanda ŞOK CİNAYƏT: avtomatlı şəxslər evə basqın edib atəş açdı
CƏMİYYƏT 17:12 / 17.09.2018

Daxili İşlər Nazirliyi ötən gecə Ağstafada törədilmiş quldurluq hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyə istinadən xəbər veririk ki, sentyabrın 17-də saat 4 radələrində Ağstafa şəhərində yaşayan Əmirxan Mustafayevin evə qarət məqsədi ilə girmiş 2 maskalı şəxs onun baş nahiyəsinə avtomat silahının qundağı ilə xəsarət yetirib havaya 2 dəfə atəş açaraq bıçaqla hədələyib pul verməsini tələb ediblər. Ə.Mustafayev onlardan birini tərkisilah edib, digəri isə hadisə yerindən qaçıb.

Ağstafa RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla saxlanılmış şəxsin Saloğlu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ceyhun Novruzov, qaçan şəxsin isə Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Budaqov olduğu müəyyən edilib. Cinayətin törədilməsində istifadə edilmiş "AKM” markalı silah, 1 ədəd patron darağı, 29 ədəd patron və 2 ədəd giliz polis əməkdaşları tərəfindən götürülüb.

Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində A.Budaqov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ağstafa RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.