SON XƏBƏRLƏR
19 Oktyabr 2018
18 Oktyabr 2018
17 Oktyabr 2018
16 Oktyabr 2018
`Khazar` avtomobil zavodundan ilk açıqlama
DÜNYA 20:14 / 17.09.2018

Neftçala Sənaye Məhəlləsində ən iri müəssisə olan "Khazar” Avtomobil Zavodu tam gücü ilə fəaliyyətdədir.

Məlumat veririk ki, modern.az-a bu barədə "Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov məlumat verib.

O qeyd edib ki, hazırda satışlar bir mərkəzdə aparılır:

"İlin sonunda statistik göstəricilərin analizindən sonra satış şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulub. Bütün statistik göstəricilər ilin sonunda məlum olacaq”.

E.Axundovun sözlərinə görə, zavodun istehsalı olan avtomobillərin qiymətində dəyişiklik olunmayıb:

""Khazar” SD avtomobillərinin qiyməti 16 min manat, "Khazar” LD avtomobillərinin qiyməti isə 18 min manatdır. Bu isə analoji avtomobillərin satış qiymətindən azı 20 faiz ucuzdur. "Khazar” avtomobillərini nağd, köçürmə və 20 faiz ilkin ödəniş etməklə 4 il müddətinə lizinq yolu ilə də əldə etmək olar”.

Qeyd edək ki, bir müddət əvvəl İqtisadiyyat, Vergilər, Energetika nazirlikləri, Milli Məclisin Aparatı, Mərkəzi Seçki Komissiyası və digər dövlət qurumları "Khazar” avtomobillərinin alınması məqsədilə "Azərmaş” ASC-yə müraciət ediblər.

Bu günlərdə onların sırasına Maliyyə Nazirliyi, Bakı Nəqliyyat Agentliyi də qoşulub və "Khazar” avtomobilləri almaq üçün danışıqlara başlayıblar.

Məlumat üçün bildirək ki, zavodun illik istehsal gücü 10 min avtomobildir. Bu ilin sonunadək zavodda hər ay orta hesabla 60 ədəd "Khazar” LD və 100 ədəd "Khazar” SD modellərindən olan avtomobillər istehsal olunacağı nəzərdə tutulub. 

Ümumilikdə, 2018-ci ilin sonunadək 1500, 2019-cu ildə 3000, 2020-ci ildə isə 5000 ədəd avtomobilin istehsalı planlaşdırılır. İstehsal olunan avtomobillər ilkin olaraq Bakı şəhərinin Badamdar qəsəbəsində yerləşən Avtomobil Satış Mərkəzində satışa çıxarılıb


89 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.