SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
Cəlilabadda insanları təşvişdə saxlayan şəxslərlə bağlı XÜSUSİ ƏMƏLİYYAT keçirilir
CƏMİYYƏT 12:18 / 18.09.2018

Son günlər Cəlilabad rayonunun kəndlərində baş verən və insanları təşviş içində saxlayan müəmmalı hadisələrlə bağlı xüsusi əməliyyat həyata keçirilir.

Əldə etdiyimiz mlumata görə, rayonun Alar və Günəşli kəndində ardıcıl olaraq evlərin naməlum şəxs və ya şəxslər tərəfindən talanması, bəzi hallarda insanların əmlaklarının gecə saatlrında dağıdılması ilə bağlı daxil olan çoxsaylı müraciətlər əsasında polis və Dövlət Təhlükəsizliyi Xidmətinin yerli şöbəsinin əməkdaşlarından ibarət qrup yaradılıb. Hazırda insanları qorxu içində saxlayan şəxslərin yaxalanması istiqamətində iş aparılır.

Qeyd edək ki, yerli sakinlər evlərə girən şəxs və ya şəxslərin bütün əşyaları darmadağın etdiyini, istədiklərini isə oğurladıqlarını bildirirlər. Artıq Cəlilabadın kəndlərində 10-a yaxın oxşar hadisə təkrarlanıb.

Bəzi hallarda isə naməlum şəxslərin həyətlərə daxil olaraq xırda alət və təsərrüfat avadanlıqlarına ziyan vurduğu bildirilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.