SON XƏBƏRLƏR
11 Dekabr 2018
10 Dekabr 2018
Əsəd Rusiya təyyarəsini vurdu - Moskvadan SƏRT AÇIQLAMA
CƏMİYYƏT 16:33 / 18.09.2018

Səhər saatlarında Aralıq dənizində radardan itən Rusiya təyyarəsinin Əsəd ordusu tərəfindən vurulduğu məlum olub.

Xəbər veririk ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrailin hava hücumuna cavab verən Əsəd ordusunun S-200-lərdən atdığı raket təsadüfən Rusiya təyyarəsinə dəyib.

İl-20 tipli təyyarə Suriyanın "Xmeymim” hərbi hava bazası bölgəsində radardan itib.

Kreml "İsrailin məsuliyyətsiz davranışı nəticəsində 15 əsgərimiz öldü”, - deyə açıqlama verib.

Rusiya təyyarəsinin Fransaya məxsus donanmadan atılan raket nəticəsində də vurulduğu versiyası var.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Lazkiyəyə Aralıq dənizindəki Fransa donanmasından raket atılıb. Suriya ordusunun rəsmilərindən biri də Lazkiyəyə raket hücumunun dənizdən edildiyini açıqlayıb.

Fransa ordusunun adının açıqlanmadığı nümayəndəsi "Röyters”ə bildirib ki, hadisənin onlarla heç bir bağlantısı yoxdur.


120 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.