SON XƏBƏRLƏR
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
21 Iyun 2019
Səhiyyə Nazirliyi: Baş həkim səhvə yol verib
CƏMİYYƏT 18:20 / 18.09.2018
Səhiyyə Nazirliyi Şamaxı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səməd Fətəliyevin qanunsuz ağac kəsdiyi üçün cərimələnməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Regioninfo.az bildirir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Trend-ə açıqlamasında faktı təstiqləyib.

O bildirib ki, ağac kəsilməsi prosesində baş həkim səhvə yol verib: "Səhiyyə Nazirliyi bununla bağlı dərhal araşdırma apardı. Məlum oldu ki, xəstəxananın həyətində bir ədəd qurumuş ağac olub və həmin ağac da ətrafdakılara real təhlükə yaradırmış. Baş həkim də həmin ağacın kəsilməsi ilə bağlı Şamaxı rayon İcra Hakimiyyətinə xəbərdarlıq edib və qurumdan şifahi razılıq alıb. Lakin baş həkim orda səhv edib ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verməyib. Ağac doğranıb yığılan avtomobil polis tərəfindən saxlanılıb və məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib".

Nazirliyin əməkdaşları da qanunsuz ağac kəsilməsi ilə bağlı baş həkim barədə akt tərtib edib və onu 3 min manat cərimələyib.

© xezerxeber.az 
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.