SON XƏBƏRLƏR
19 Oktyabr 2018
18 Oktyabr 2018
17 Oktyabr 2018
16 Oktyabr 2018
Bakıda çəkiliş vaxtı ŞOK HADİSƏ: Sürücü bıçaqla ATV-nin əməkdaşlarına hücum etdi
KRİMİNAL 19:29 / 18.09.2018

Dünən ATV telekanalının əməkdaşları Nəsimi rayonunda çəkiliş apararkən insident baş verib.

Regioninfo.az-ın əldə etdiyi məlumata görə, telekanalın "Xəbərlər” buraxılışı üçün Cavadxan küçəsində süjet hazırlayan müxbir, 1989-cu il təvəllüdlü Məmmədov Əhməd Məhəmmədəli oğlu və operator, 1979-cu ildə anadan olmuş Soltanov Mirəziz Mirəli oğlu oradakı taksi sürücüsünün hücumuna məruz qalıb.

Belə ki, çəkiliş qrupu saat 12 radələrində taksilərin avtobus dayanacaqlarının ərazisini zəbt etməsi mövzusu ilə bağlı süjet hazırlayarkən dayanacaqda dayanmış "Lada Priora” markalı taksinin sürücüsü bıçaqla onlara hücum edib. Həmin şəxs çəkiliş qrupundan çəkdikləri kadrları silməsini tələb edib.

ATV-nin müxbiri və operatoru üzləşdikləri hadisəsi ilə bağlı ərazi üzrə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət ediblər.

Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən şəxs Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Zəngilan yaşayış massivində yaşayan 1998-ci il təvəllüdlü Əlifov Şükür Oqtay oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.


65 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.