SON XƏBƏRLƏR
11 Dekabr 2018
10 Dekabr 2018
Sosial şəbəkədə yayılan videoya görə 3 nəfər həbs edildi – BAKIDA ƏMƏLİYYAT
CƏMİYYƏT 14:10 / 20.09.2018

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakı şəhər Xətai rayonu ərazisində, Əhmədlidəki marketdən yağ oğurlayan şəxsin həmin marketin rəhbəri və daha 2 nəfər tərəfindən tutularaq döyülməsi hadisəsinin görüntüləri yayılıb.

Xəbər veririk ki, görüntülərdən məlum olurdu ki, market işçiləri mağazadan yağ oğurlayan şəxsi təqib edərək tutub və onu təpiklərinin altına salaraq döyüblər.

Hadisənin görüntüləri yayılandan sonra məsələyə ictimai qınaq artıb və tanınmış insanlar da bu hadisəyə reaksiya göstərərk yağ oğurlayan şəxsin bu formada döyülməsinə etiraz ediblər. Artıq hüquq-mühafizə orqanları da məsələni araşdırıb və yağ götürüb qaçan şəxsin döyülməsinə görə araşdırmalara başlanılıb. Publika.az-ın əldə etdiyi məlumata görə, artıq vətəndaşı döyən şəxslərin 3-ü də həbs edilib.


104 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.