SON XƏBƏRLƏR
11 Dekabr 2018
10 Dekabr 2018
Təyyarəsi vurulan Rusiyadan YENİ HƏMLƏ - Bağladılar
CƏMİYYƏT 14:40 / 20.09.2018

Aralıq dənizi üzərində hərbi təyyarəsi vurulan Rusiyadan əks həmlə gəldi.

Publika.az Türkiyənin "Haber7” saytına istinadən xəbər verir ki, Cənubi Kipr mediasının yazdığına görə, Rusiya Suriyanın Şərqi Aralıq dənizi sahillərini hava və dəniz marşrutu üçün bağlayıb.

Cənubi Kipr mediasının xəbərlərini İsrailin "Haaretz” qəzeti ölkəsindən olan səlahiyyətlilərə istinadən təsdiqləyib. Rusiyanın qəbul etdiyi qərar əsasən, bölgədə gələn həftədən etibarən heç bir təyyarə və gəmi hərəkət etməyəcək.

Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Hmeymim təyyarə bazasına qayıdan zaman radarlardan itib. Sonradan dəqiqləşdiriblər ki, "İl-20” Latakiya əyalətdə Suriya ordusunun obyektlərinə İsrailin 4 "F-16” təyyarəsinin hücumu gedişatında yoxa çıxıb.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə Suriyanın Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulub. İdarədən bildiriblər ki, İsrail pilotları "İl-20”nin arxasında gizlədərək onu "S-200” kompleksinin atəşi altında qoyublar. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov İsrailin hərəkətlərini "düşmən hərəkətlər” kimi qiymətləndirib.

Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.

Rusiya lideri Vladimir Putin Suriyadakı hərbi qüvvələrin təhlükəsizliyi üçün yeni tədbirlərin görüləcəyini açıqlayıb.


123 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.