SON XƏBƏRLƏR
19 Oktyabr 2018
18 Oktyabr 2018
17 Oktyabr 2018
16 Oktyabr 2018
Bakıdakı dəhşətli hadisədə ölənlərin şəxsiyyəti müəyyənləşdi - ADLAR - YENİLƏNDİ - FOTO/VİDEO (18+)
HADİSƏ 10:16 / 21.09.2018

Dünən axşam saatlarında Bakı şəhər Xətai rayonu Nobel prospektində baş vermiş dəhşətli avtomobil qəzasında ölən 4 nəfərdən 3-nün şəxsiyyəti müəyyənləşib.

Xəbər veririk ki, 99 MH 441 dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə idarəetmədən çıxaraq işıq dirəyinə çırpılması nəticəsində ölənlərin 1993-cü il təvəllüdlü Əzimov Anar Emin oğlu, 1989-cu il təvəllüdlü Bilalov Hafiz Caləddin oğlu və 1988-ci ildə anadan olmuş Rüstəmov Nurlan Mətləb oğlu olması müəyyənləşib. Qəzada vəfat edən 4-cü şəxsin kimliyini dəqiqləşdirmək hələlik mümkün olmayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Nizam Rza

*****

20 sentyabr 21:11

Bakıda ağır yol qəzası baş verib.

 "Report"-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində, Nobel prospektində qeydə alınıb.

Belə ki, "Hyundai Elantra" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə 4 nəfər hadisə yerində ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Ölənlərdən üçünün şəxsiyyətini dəqiqləşdirmək mümkün olub". Bunu Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, hazırda faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma başlanılıb: "Ölənlərdən birinin meyiti tanınmaz halda olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır".


65 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.