Bakı Nəqliyyat Agentliyi yollardakı vəziyyətlə bağlı əhaliyə müraciət edib.
Xəbər veririk ki, müraciətdə Bakı şəhəri üzrə bəzi küçə və prospektlərdə sıxlığın müşahidə edildiyi bildirilib: "Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır.
Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar”.