SON XƏBƏRLƏR
11 Dekabr 2018
10 Dekabr 2018
Çörəyin içərisindən sümük çıxdı - VİDEO
CƏMİYYƏT 11:45 / 21.09.2018

Mağazadan çörək alan vətəndaş evdə qəribə mənzərə ilə qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, Xırdalan sakini iddia edir ki, aldığı çörəyi istifadə edən zaman arasından sümük parçası çıxıb.

Qablaşdırlımış çörəyin üzərində həmin məhsulun Xırdalan çörək zavodunda istehsal olunduğu da açıq-aydın görünür. Məsələ ilə bağlı adıçəkilən zavoda getdik. Zavodun direktoru Ramiz Hüseynov şifahi olaraq bildirdi ki, onların zavodunda belə bir halın baş verməsi qeyri-mümkündü. Çünki un ələyən avadanlıqlar standartlara cavab verdiyindən ora hər hansı bir cisim düşdüyü zaman həmin avadanlıqlar iş prosesini dayandırır.

Məsələ ilə bağlı Qida Təhlükəslizliyi Agentliyindən isə bildirildi ki, problemlə qarşılaşan vətəndaş qurumun 1003 nömrəli qaynar xəttinə müraciət etməlidir. Bundan sonra araşdırmalara başlanılacaq.



111 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.