SON XƏBƏRLƏR
19 Oktyabr 2018
18 Oktyabr 2018
17 Oktyabr 2018
16 Oktyabr 2018
Bakıda güclü yanğın - QORXULU GÖRÜNTÜLƏR - VİDEO
CƏMİYYƏT 13:40 / 21.09.2018

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda yerləşən tikilidə (çay evi kimi fəaliyyət göstərir) yanğın hadisəsi baş verib.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

****

Bu gün saat 11:50 radələrində Bakı şəhər Xətai rayonu Nobel prospektində - Xəzər Televiziyasının binasının yaxınlığındakı tikilidə yanğın başlayıb.

FHN-dən  verilən məlumata görə,hadisə yerinə ilkin olaraq 4 yanğınsöndürmə briqadası göndərilib. Həmçinin çağırış əsasında yanğının söndürülməsi üçün digər rayonlardan kömək çağırılıb.

Yanğının söndürülməsi istiqamətində iş aparılır.

Əlavə məlumat veriləcək.








87 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.