SON XƏBƏRLƏR
11 Dekabr 2018
10 Dekabr 2018
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
CƏMİYYƏT 19:11 / 21.09.2018
Moskva Müzikl Teatrı "Həyat gözəldir” adlı yeni tamaşanı təqdim edib. Tamaşa teatrın bədii rəhbəri Mixail Şvıdkoyun 70 illiyinə həsr edilib.

Gecədə Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak ediblər.

P.Bülbüloğlu gecəyə toplaşanlar qarşısında çıxış edərək M.Şvıdkoyu yubileyi münasibətilə təbrik edib. Azərbaycanın Rusiyadakı səfiri deyib: "Mən bu qənaətə gəlmişəm ki, bu gün artıq Mixail Yefimoviç kimi insanlar doğulmur. O, əsl dostdur – çox səmimi, çox həssas və çox sədaqətli. Onu da bilirəm ki, Mixail Yefimoviç məni məzəmmət edəcək, çünki o, mənə dəfələrlə xəbərdarlıq etmişdi ki, heç bir təbrik və rəsmi nitqlər lazım deyil. Lakin mən öz Prezidentim İlham Əliyevin tapşırığını yerinə yetirməyə borcluyam. Səmimi desəm, bu tapşırıq mənim üçün Mixail Yefimoviçin sözlərindən qat-qat artıq məsuliyyət deməkdir”.

Səfir və Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev "Azərbaycanın Respublikası Prezidentinin fəxri diplomu”nu Mixail Şvıdkoya təqdim edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti ilham Əliyevin Sərəncamı ilə Mixail Şvıdkoy Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə "Azərbaycanın Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. (AZƏRTAC)

119 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.