SON XƏBƏRLƏR
17 Fevral 2019
16 Fevral 2019
15 Fevral 2019
Tabutları cəbhədən birbaşa məktəblərə aparırlar ki… - DƏHŞƏTLİ SİRR AÇILDI
KRİMİNAL 09:48 / 22.09.2018

Ukrayna məktəblərində Rusiyaya düşmənçiliyi inandırmaq məqsədi ilə uşaqların psixoloji emal həyata keçirilir.

Xəbər veririk ki, bu haqda "Sol güclərin İttifaqı” təşkilatının başçısı Vasiliy Volqa bildirib.

"Budur, məktəbə 2-3 ayda mütləq bir dəfə tabut gətirirlər. Tabutda həmin məktəbdə oxuyan və Donbasda həlak olan real döyüşçü olur. Bu, çox effektivdir”, - siyasətçi deyib.

Onun sözlərinə görə, ABŞ "yeni ukraynalı”nın yaradılması üzrə sosial sınaq keçirir.

"Onlar ən effektiv metodları seçirlər. Və onlarda hər şey alınır. Onlar qarşıya qoyulmuş hədəflərə çatırlar. Və bu hədəflər Ukraynanın iqtisadiyyatı, əmin-amanlığı və təhlükəsizliyi deyil. Başqa hədəflər var: Ukraynanı Rusiyadan qopartmaq, əsas mahiyyəti anti-Rusiya olan yeni ukraynalını yaratmaq. Onların başladığı bu sosial sınaq tamamlanmaya yaxınlaşır”, - Volqa yekunlaşdırıb.


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.