SON XƏBƏRLƏR
23 Fevral 2019
24 Fevral 2019
22 Fevral 2019
Köpək balığı turistə hücum etdi
DÜNYA 12:17 / 22.09.2018

Avstraliyanın Kvinslend ştatında, Uitsandey adaları yaxınlığında köpək balığı turistə hücum edərək ağır yaralayıb.

Trend-ə istinadən xəbər veririk ki, 46 yaşlı qadın turist yaxtanın yaxınlığında üzərkən köpək balığı ona hücum edib və sağ budundan dişləyib.

Qadın tez bir zamanda sudan çıxarılıb və yaxtada olan həkim qanaxmanın qarşısını alıb. Daha sonra qadın helikopterlə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Kvinslend ştatında sonuncu dəfə köpək balığının hücumu 2014-cü ildə qeydə alınmışdı.


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.