SON XƏBƏRLƏR
19 Oktyabr 2018
18 Oktyabr 2018
17 Oktyabr 2018
Norveçdə QASIRĞA: 30 mindən çox ev işıqsız qaldı
DÜNYA 13:18 / 22.09.2018

"Knud” qasırğası Norveçin cənubundakı Aqder vilayətində ağacların elektrik ötürücüsü xətlərinin üstünə aşmasına səbəb olub. Nəticədə 30 mindən çox ev elektriksiz qalıb.

TASS-a istinadla xəbər veririk ki, Norveç teleqraf bürosunun məlumatına görə, elektrik kəsilməsi hallarının sayı 50 mini ötüb. Energetiklər elektrik verilişini bərpa etməyə çalışırlar. Yıxılan ağaclar ölkənin cənubunda iki yolu – Syorlansbanen və Ostfoldbaneni bağlayıb. Norveçin hökumət orqanları qasırğa təhlükəsinin "qırmızı” səviyyəsini elan ediblər.

Təbii fəlakət zərbəsi şənbə günü Finlandiya üçün də gözlənilir. Finlandiya Meteoroloji İnstitutu ölkənin cənubunda və qərbində küləyin sürətinin saniyədə 20 metrə çata biləcəyi barədə xəbərdarlıq edib. "Yle” teleşirkətinin məlumatına görə, bununla əlaqədar Finlandiyadan yola düşən bərələrin cədvəlində dəyişiklik edilə bilər.

Qasırğa Danimarkanın bir sıra bölgələrinə sürəti saniyədə 33 metrə çatan külək gətirib. İsveçdə cümə günü güclü küləklər səbəbindən aşan ağaclar aşaraq bir neçə yolu bağlayıb. İnsanlara evlərindən çıxmamaq tövsiyə edilib.


75 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.