SON XƏBƏRLƏR
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
21 Iyun 2019
Elektrovoz aşıb - Bakıya gələn qatarlar gecikir
HADİSƏ 22:49 / 22.09.2018
Dəmir yolu ilə ölkənin qərb istiqamətindən Bakıya gələn qatarların hərəkət qrafikində böyük gecikmə var.

Regioninfo.az bildirir ki, Böyük Kəsikdən, Qazaxdan və Tbilisidən Bakıya gələn qatarların hərəkətin çox böyük gecikmə var. Bakıya gələn sərnişinlərin qohumlarının Milli.Az-a bildirdiyinə görə, gecikmə çox uzun çəkdiyindən qatarlarda bəzilərinin halı da pisləşib.

Bakı Sərnişin Stansiyasından qohumlarını gözləyənlərə bildiriblər ki, gecikmə ən azı 4-5 saat təşkil edəcək.

Məlumata görə, gecikmə dəmir yolunda baş vermiş qəza ilə əlaqədardır. Belə ki, ötən gecə ucar rayonu Müsüslü kəndi ərazisində hərəkət edən qatarlardan birinin elektrovozu yoldan çıxaraq aşıb. Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra qatarların hərəkəti bərpa edilib.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Milli.Az bildirib ki, az sonra ictimaiyyətə hadisə ilə bağlı geniş şəkildə rəsmi məlumat veriləcək.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.