SON XƏBƏRLƏR
19 Iyun 2019
18 Iyun 2019
17 Iyun 2019
15 Iyun 2019
Millət vəkili: "Onlar Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq"
CƏMİYYƏT 20:55 / 23.09.2018

Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş tədbir böyük hadisədir. Bu sözləri millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, parlamentin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda müxtəlif dövlət və beynəlxalq təşkilatların 40-a yaxın nümayəndəsi çıxış etdi, amma tədbirdə ən yaddaqalan çıxış Azərbaycan Prezidenti İlham Əliyevin nitqi oldu:

"Cənab Prezident çıxışında Azərbaycan parlamentinin tarixi, müasir inkişafımız barədə danışdı. Dövlət başçısı Milli Məclisin fəaliyyətindən razılıq etdi, beynəlxalq arenada Azərbaycanın milli dəyərlərinin qorunduğunu bildirdi. İkinci ən mühüm məsələ cənab Prezidentin Dağlıq Qarabağ münaqişəsi barədə fikirləri oldu. Ali Baş Komandan bildirdi ki, biz münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq, lakin tərəflər bir-birinə adekvat yanaşmalı olsa da, qarşı tərəf qeyri-adekvatdır. Yəni səriştəsiz, küçə dalğası ilə hakimiyyətə gələn Ermənistan rəhbərliyi danışıqlara hazır deyil və buna görə də məsuliyyət Ermənistanın üzərinə düşür. Heç şübhəsiz ki, Paşinyan hakimiyyətinin səriştəsiz siyasəti Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq. Dövlət başçısı bir daha Azərbaycan Ordusunun gücündən, silahlı qüvvələrimizin hər an torpaqlarımızı azad etməyə hazır olmasından danışdı və bildirdi ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasındadır. Dövlət başçısı, həmçinin Azərbaycanın müstəqil siyasət yeritdiyini, iqtisadiyyatının gücləndiyini bir daha bəyan etdi".

T.Kərimıli bildirib ki, iclasda iştirak edən əksər xarici dövlət nümayəndələri çıxışlarında Azərbaycan Prezidentinin nitqinə istinad etdilər: "Ən diqqət çəkən məqamlardan biri də iclasda Türkiyə Böyük Millət Məclisi sədrinin çıxışı oldu. O, çıxışında bildirdi ki, Azərbaycana soyuq dəyərsə, biz xəstələnərik".


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.