SON XƏBƏRLƏR
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
21 Iyun 2019
Prezident qəti mövqeyini ortaya qoydu: Qarabağ… - ŞƏRH
CƏMİYYƏT 10:01 / 23.09.2018

Azərbaycan Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində çox kritik, bəlkə də problemin həllinin ən yaxın mərhələsindədir.

Bu sözləri sayta açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş çıxışını Prezident, əsasən, Dağlıq Qarabağ probleminə həsr etdi:

"Prezident tərəfindən millət vəkilləri və xarici qonaqlar qarşısında Ermənistana mesajlar verildi. Bununla bərabər bəzi beynəlxalq strukturların ikili standartları diqqətə çatdırıldı. Ermənistanda baş verən 2008-ci il hadisələri və bu hadisələrə Qərb tərəfindən ikili yanaşmalar xatırlandı. Yeni erməni iqtidarının verdiyi açıqlamaların, atdığı addımların iki ölkə arasında hərbi toqquşmanı yaxınlaşdırdığı vurğulandı. Ölkə başçısının da dediyi kimi, Qarabağ probleminin ədalətli həlli Ermənistanı düşdüyü iqtisadi böhrandan qurtara bilər. Yəni Prezident bildirdi ki, Qarabağ münaqişəsi həll edilməyənə qədər Ermənistan özünü regionda ciddi iqtisadi layihələrdən kənarda qoyur. Çıxışın əsas rezümesi isə budur: Dağlıq Qarabağ ancaq Azərbaycanın tərkibində status ala bilər”.

Politoloq vurğulayıb ki, bu problemin hərbi həll yolundan başqa yolu olmadığı getdikcə daha qabarıq görünür:

"Paşinyanın son çıxışları problemin sülh vasitəsi ilə həll yolunun üstündən iri xətt çəkir. Regionda hər an vəziyyət dəyişir. Rusiya Suriyada həm diplomatik, həm hərbi zərbələr almaqda davam edir. İran hərbi paradda böyük terror aktına məruz qalır. Ümumiyyətlə, cənub qonşumuzda vəziyyət qeyri-sabitdir. Yeni erməni iqtidarı isə Moskvadan aralanma cəhdlərini davam edir. Ərdoğanın səfəri və böyük hərbi parad, Libermanın bir neçə gün Azərbaycanda olması, Putinin ölkəmizə gözlənilən səfəri - bunlar hamısı rəsmi Bakının Qarabağ probleminin həlli istiqamətində kritik diplomatik mərhələdə olduğunu göstərir. 2019-cu il Azərbaycan üçün Qarabağ məsələsində dönüş ili olacağı gözlənilir”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.