SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Bakıda xəstə əməliyyatdan sonra öldü
HADİSƏ 10:54 / 05.10.2018

Bakıda klinikada ölüm hadisəsi baş verib.

Hadisə "Elmed" Klinikasında baş verib.

1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə "Elmed" Klinikasına daxil olub və əməliyyata götürülüb.

H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizasına təqdim edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb. (trend)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.