SON XƏBƏRLƏR
14 Dekabr 2018
15 Dekabr 2018
13 Dekabr 2018
Azərbaycanda telekanal yayımını bərpa etdi
CƏMİYYƏT 16:17 / 09.10.2018

Bu gündən etibarən "ARB24" televiziyasının yayımı bərpa edilib.

ARB:24-ün Tovuzda yerləşən mərkəzi binası və texniki avadanlıqları Bakıya köçürülüb. İxtisaslaşmış ilk ümumrespublika xəbər kanalı kimi fəaliyyət başlayıb.

Qeyd edək ki, bir müddət öncə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Unikal.org-a bildirmişdi ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə "Türkel TV" MMC-yə ümürespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib: "Ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq”.(modern.az)


97 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.