SON XƏBƏRLƏR
21 Oktyabr 2018
20 Oktyabr 2018
19 Oktyabr 2018
18 Oktyabr 2018
Boşandığı arvadı ilə yaşamaq istədi, amma... - Bakıda DƏHŞƏTLİ HADİSƏ
KRİMİNAL 17:46 / 09.10.2018

Bakıda keçmiş arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Xosrov Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin təqdimatına baxılıb.

Xəbər veririk ki, bu gün Suraxanı rayon Məhkəməsində hakim Zülfüqar Sadıqovun sədrliyi ilə baş tutan qapalı iclasda müstəntiqin təqdimatı təmin olunub.

Xosrov Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, oktyabrın 6-da Əmircan qəsəbəsində Xosrov Məmmədov 1985-ci il təvəllüdlü həyat yoldaşı Əfsanə Məmmədovanı bıçaqlayaraq öldürüb.

Hadisədən sonra o, polisə təslim olub.

Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, bir il əvvəl Xosrov Məmmədovla Əfsanə Məmmədova rəsmi qaydada boşanıblar. Amma Xosrov Əfsanədən əl çəkməyib və onunla eyni evdə yaşamaq istəyib. Əfsanə isə onun istəyi ilə razılaşmayıb və bir yerdə yaşamaq barədə Xosrovun təklifinə rədd cavabı verib.

Oktyabrın 6-da, səhər saatlarında Xosrov yenidən barışmaq istəyi ilə Əfsanənin yaşadığı ünvana gəlib.

Amma Əfsanə Xosrova əhəmiyyət verməyib və azyaşlı qızı ilə birlikdə təmizlik işləri görmək məqsədilə xadimə işlədiyi evə yollanıb.

Xosrov onu arxadan izləyib, həmin ünvana çatana yaxın arxadan Əfsanəyə bir neçə bıçaq zərbəsi vurub.

Cinayəti törədən Xosrov Məmmədov daha sonra polisə gələrək, arvadını öldürdüyünü deyərək təslim olub.

İstintaqa ifadə verən Xosrov Məmmədov törətdiyi əməli etiraf edib. Qeyd edib ki, Əfsanədən ayrılmaq fikri olmayıb, onunla birlikdə yaşamaq istəyib: "Amma Əfsanə mənimlə razılaşmadı. Bundan çox əsəbiləşdim. Bu səbəbdən özümdə olan bıçaqla Əfsanəni vurdum”.

İstintaq orqanı tərəfindən Xosrov Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda Suraxanı rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.


50 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.