SON XƏBƏRLƏR
20 Oktyabr 2018
19 Oktyabr 2018
18 Oktyabr 2018
Paşinyan bu həftə istefa verəcək: iki ay sonra NƏ PLANLAŞDIRILIR?
DÜNYA 17:46 / 10.10.2018
Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərini 9 dekabr tarixinə təyin edib.

Xəbər veririk ki, bu barədə "Jamanak” qəzeti Paşinyana yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Paşinyan seçkilərin keçirilməsi üçün bütün lazımi proseduralarla bağlı parlamentdə digər fraksiyalarla razılığa gəlib.

"Əvvəlcə baş nazir istefa verəcək. Reqlamentə görə, baş nazirin istefasından 30 gün, parlamentin buraxılmasından 45 gün sonra yeni seçkilər keçiriləcək. Orta hesabla bu prosedur 2 ay çəkir. Bu o deməkdir ki, Paşinyan bu həftə istefa verəcək”, - deyə qəzet yazıb.
59 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.