SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Bakı-Sumqayıt yolundakı qəzada ölən gənc polis zabitinin oğlu imiş - YENİ AİLƏ QURUB - FOTO/VİDEO
CƏMİYYƏT 17:11 / 10.10.2018
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai-Sonata" markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.

Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur.

Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.

Faktla bağlı araşdırma aparılır. (Report)

*****

9:17

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunun Masazır dairəsindən keçən hissəsində ağır yol qəzası baş verib.

Xəbər veririk ki, yolun üzü Bakıya olan hissəsində Xırdalan qəbiristanlığına çatmamış yüksək sürətlə hərəkət edən "Hyunadi” idarəetmədən çıxaraq metal arakəsmələrə çırpılıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. İlkin məlumata görə, 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Qəza nəticəsində yolda sıxlıq yaranıb, həmçinin marşrut avtobuslarının hərəkətində yaşanan çətinlik intervalların pozulmasına, gecikmələrə səbəb olub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.