Bakı şəhərinin Xəzər rayonunda güclü yanğın olub.
Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk ki, rayon ərazisində ümumi sahəsi 550 m² olan tikilinin (kafe və avtoyuma məntəqəsi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 350 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və 1 ədəd "QAZ” markalı minik avtomobili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb