SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Bakıda parkın ortasında DƏHŞƏT: insanların gözü qarşısında...
HADİSƏ 09:15 / 11.10.2018

Bakı sakini özünü yandırıb.

Xəbər veririk ki, bu gün saat 10 radələrində Xətai rayonu ərazisində - Məhəmməd Hadi küçəsi ilə Neapol küçələrinin kəsişməsindəki parkda 55-60 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb. Ətrafdakı şəxslərin köməkliyi ilə yanğın söndürülüb və özünə od vuran şəxs əraziyə gəlmiş təcili tibbi yardım maşını ilə 5 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, özünü yandıraraq intihara cəhd edən şəxs Bakı şəhər Xətai rayonu Məhəmməd Hadi küçəsi, bina 89, mənzil 79-da yaşayan 1961-ci il təvəllüdlü Kononov Aleksandr Sergeyeviçdir. Onun uzun müddət nəqliyyat qurumlarından birində çalışdığı üzə çıxıb. Belə ki, A.Kononov özünü yandırmazdan əvvəl məktub yazıb və məktubunda onun təqaüd alma məsələsinin qəsdən yubadıldığını qeyd edib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Zəruri istintaq tədbirləri həyata keçirilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.