SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
32 yaşlı qadın özünə QEYRİ-ADİ TOY etdi
DÜNYA 10:16 / 11.10.2018

32 yaşlı qadın özünə qeyri-adi toy edib. Belə ki, o, valideynlərinin təzyiqlərindən xilas olmaq üçün özü ilə ailə qurub.

Xəbər veririk ki, hadisə Uqandada qeydə alınıb. Beş il əvvəl Lulu Djemima ali təhsili almaq üçün Avstraliyaya gedib. O, Sidney universitetində bakalavr təhsilini bitirdikdən sonra magistr təhsili üçün Böyük Britaniyanın Oksford universitetinə yollanıb.

Valideynləri onun ailə qurması üçün həddən artıq israr etdiklərindən Lulu qeyri-adi çıxış yolu tapıb. O, bütün ailə üzvlərinə evlənəcəyinə dair xəbər verib və özü ilə evlənib.

Dostları ilə birlikdə təşkil etdiyi toya 30-dan artıq qonaq gəlib. Lulunun qardaşı toy üçün böyük tort bişirib.

Xatırladaq ki, bənzər hadisə 2017-ci ildə də İtaliyada da qeydə alınıb. Laura adlı qız 40 yaşına qədər evlənməyə kişi tapmadığı üçün özü ilə evlənib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.